#wowomantips
Pomodoro texnikası nədir?
Hər birimizin həyatında bir işə başladıqdan sonra "çatdıra bilməyəcəm" deyib yarıda qoyduğumuz məqamlar olub və bəlkə də indi onu yaşayanlar var aramızda
Hər birimizin həyatında bir işə başladıqdan sonra "çatdıra bilməyəcəm" deyib yarıda qoyduğumuz məqamlar olub və bəlkə də indi onu yaşayanlar var aramızda. Bəs produktiv olmaq üçün nələr edə biləcəyinizi düşünmüsünüz? O zaman gəlin sizə Pomodoro texnikası haqqında danışaq.


1980-ci ildə Francesco Cirillo adlı bir tələbə vaxtını məhsuldar keçirmədiyinin fərqinə varır və buna çıxış yolu axtaran zaman mətbəxdə olduğu üçün ordakı timer ilə edəcəyi bütün işləri hissə-hissə zamanlara bölməyə başlayır. Bu məntiqdən yola çıxaraq bir texnika yaradır və hər 25 dəqiqədə 5 dəqiqə fasilə vermə şəklində periodlar yaradır və hər 30 dəqiqəlik periodu 1 Pomodoro adlandırır. Bu, günümüzdə də istifadə olunan bir texnikadır. Onu da qeyd edək ki, mətbəxdəki timer pomidora bənzədiyi üçün İtalyan dilində pomidor mənasını verən Pomodoro adından buna görə istifadə edir :) Bəs burda əsas qayda nədir?
✔Addım 1: Hər şeydən əvvəl etməli olduğunuz dərsləri və ya işləri və onlara sərf edəcəyiniz zamanı müəyyən etməlisiniz. Məsələn, X mövzusundan 50 səhifə oxumalısınız və buna görə sizə 50 dəqiqə kifayət edəcəyini düşünürsünüzsə, onda sizə 2 Pomodoro bəs edəcək.

✔Addım 2: Amma, hər periodda 5 dəqiqəlik fasiləni unutmayın. Hər şeydən əvvəl bu 5 dəqiqəlik zaman limitini heç bir zaman keçməməlisiniz və bu fasilədə sosial şəbəkələrdən, həmin dərs/iş haqqında düşüncələrdən, sizin fikrinizi dağıdan şeylərdən tamamilə uzaq durmalısınız. Ən yaxşısı su için və yaxud fiziki hərəkət edin :)

✔Addım 3: Hər 4 Pomodoradan sonra öz ehtiyacınıza uyğun olaraq 15-30 dəqiqə arasında özünüzə istirahət verin.

✔Addım 4: Gündə ortalama 8-16 Pomodoro kifayət edir, amma bu say əlbəttə ki, sizdən asılıdır.
Bu texnikadan istifadə edərək real hədəflər qoyub nəticələrini günlük və həftəlik olaraq analiz etsəz, əmin olun ki, çox uğurlu olacaq