self-care
Pozitiv düşüncə pozitiv reallıq yaradır
Düşüncələrinizin əhval və daxili aləminizə necə təsir göstərdiyinin fərqinə varmısınız?
Düşüncələrinizin əhval və daxili aləminizə necə təsir göstərdiyinin fərqinə varmısınız? Araşdırmalar sübut etmişdir ki, hər hansısa vacib bir hadisə öncəsi beyninizə müsbət fikirlər yeritsəniz, özünüzə güvənəcək və özünüzü daha yaxşı göstərə biləcəksiniz. Mənif fikirlər isə beyninin analitik düşüncə və vəziyyəti bir necə bucaq altında dəyərləndirmək qabiliyyətlərini zəiflədir.
Pozitiv düşünməyin vacibliyini xatırlatmağın tam zamanıdır:


Pozitiv düşüncə pozitiv reallıq yaradır. Pozitiv düşüncəli insnalar işlərin öhtəsindən daha asan gəlirlər, çünki onlar öz bacarıqları və üstünlüklərinə fokuslanırlar. Optimsitik düşüncələr sizə sevinc, məmnunluq və sakitlik hissləri bəxş edir. Pozitiv əhval sizi uğur enerjisi ilə kökləyir və məqsədlərinizin reallaşmasına yaxın edir.

Pozitiv düşüncə həyat keyfiyyətini yaxşılaşdırır. Pozitiv düşünmək – yaradıcı olmaq, hətta ən çətin anlarda belə müsbət əhvalda qalmağı bacarmaq, təslim olmamaq və zəfərə doğru özündə irdəni tərbiyələndirmək deməkdir. Daha bir xoş bonus: müsbət düşüncə psixoloji sağlamlığa xoş təsir bağışlamaqla yanaşı, immuniteti də möhkəmləndirir.

Dərk edilmiş halda təkrarən söylənilən bir neçə cümlələr bir növ proqrama çevrilir. Odur ki, gəlin affirmasiyadan yararlanaraq özümüzü poztivə proqramlaşdıraq:

Affirmasiya — müəyyən qısa bir ifadənin təkrarlanması yolu ilə insan həyatında müsbət dəyişikliklər stimullaşdıraraq insanda şüuraltı pozitiv quruluşun yaranmasıdır. Affrimasiyanın maksimal dərəcədə effektiv olması üçün bir neçə qaydaları əməl etmək mütləqdir:

Dediyinizə özünüz inanın
İndiki zamandan istifadə edin
Konkretləşdirin
Pozitiv olun
Unutmayın ki, pozitiv düşünmə qabiliyyətini inkişaf etdirmək mümkündür, əsas odur ki, məşq etməyi unutmayın. Sənə xoş həftə arzu edirk, əziz WoWoman!