#wowomantips
Özünüzə olan güvəni artırmağın yolları
Bir çox hallarda hər hansı işə başlamaq istədikdə, özümüzə olan güvənin kifayət qədər olmaması bizə mane olur
Bir çox hallarda hər hansı işə başlamaq istədikdə, özümüzə olan güvənin kifayət qədər olmaması bizə mane olur.

Ancaq özümüzə olan güvəni artırmaq mümkündür.
Bunun üçün qeyd olunan qaydalara əməl etmək lazımdır:

✅Özünüz haqında pozitiv düşünün.

✅Gerçəkliyə uyğun və gözləntilərinizi qarşılayan hədəflər müəyyənləşdirin. Çatmaq istədiyiniz nöqtəyə qədər bacardıqlarınız özünüzə olan güvəni artıracaq.

✅Nəyisə bacardığınız zaman özünüzlə qürur duyun və özünüzü mükafatlandırın.

✅Pis və ya kədərləndirici hadisələr baş verdikdə neqativ düşüncələrin fərqinə varın. Tamamilə hisslərinizlə hərəkət etmək əvəzinə, içində olduğunuz vəziyyət haqqında məntiqli düşünməyə çalışın.

✅Zəif tərəflərinizə deyil, güclü tərəflərinizə fokuslanın. Müəyyən mövzularda digərlərindən daha bacarıqlı olduğunuzun və həyatınızın bütün sahələrində mükəmmməl olmağın qeyri-mümkün olduğunun fərqinə varın.

✅Fikirlərinizi müdafiə edin. Öz düşüncələrinizi, hisslərinizi, inanclarınızı, ehtiyaclarınızı düzgün şəkildə ifadə etməyi öyrənin.

✅Haqqlarınıza sahib çıxmağı öyrənin və sizin üçün məqbul olmayan istəklərə "yox" deyin.

✅Həyatınızda vacib olduğuna inandığınız problemlərin siyahısnı hazırlayın. Sonra onları yaxşılaşdırmağın və dəyişdirməyin yollarını yazın. Bütün problemlərinizi asan və qısa zamanda həll edə bilməzsiniz, ancaq tez bir şəkildə hərəkətə keçib aradan qaldıra biləcəyiniz nələrisə tapacaqsınız.
Biz sizə güvənirik, siz də özünüzə güvənin ❤️