#wowomantips
Liderliyin qızıl dairəsi
Lider olmaq üçün bizim milyon dollara, lap yüksək vəzifə, kosmosa getməyə ehtiyacımız yoxdur
Bu postda liderliyin qızıl dairəsi haqqında yazacam. Liderliyin qızıl dairəsi üç əsas sualdan ibarətdir. Hər bir layihəyə, işə, biznesə və s. başlamışdan əvvəl özümüzə üç əsas sualı verməliyik.
WHY - NİYƏ? - Hər şey bu sualdan başlayır. Niyə biz bunu etmək istəyirik? Bizim məqsədimiz, missiyamız nədir? Niyə SƏN bunu etməlisən? Bu suala cavab tapandan sonra layihəmizin, işimizin dəyərini bilməyi başlayırıq. Bu suala cavab sizə ən çətin məqamlarda, böhran, heç kim sizə inanmayanda belə sizi güclü qalmağa kömək edəcək.

HOW - NECƏ? - Birinci sualı verdikdən sonra NECƏ sualına rahat cavab verə bilərik. Burada bütün resurslarımızı analiz etməli, iş üçün onlardan daha effektiv və daha səmərəli istifadəsi haqqda suallarımıza daha asan cavab tapa bilirik. Burada maraqlı tərəflərin fikrlərin dinləməsi və nəzərə alması vacibdir.

WHAT - NƏ? - Hansı məhsulla öz maraqlı tərəflər, müştərilərinizə dəyər vermək istəyirsiniz? Bu məhsul(lar) həmən dəyəri necə ötürə bilər? Məhsullarınız fərqli ola bilər, əsas "NİYƏ?" sualına, missiyanız və məqsədlərinizə cavab verə bilsin.

"Liderliyin qızıl dairəsi" liderlik üzrə məşhur kouç Simon Sinek tərəfindən hazırlanıb. Daha ətraflı onun TEDx çıxışında baxa bilərsiniz: https://www.ted.com/talks/
Ümüd edirəm ki, bu post Sizin üçün faydalı oldu.