#wowomantips
Katie Dardendən kariyera məsləhətləri
Xəyalınızdaki işin nə olduğunu kəşf etmək üçün hər şeydən əvvəl bacarıqlarınıza, xüsusiyyətləriniza və potensiyalınıza bələd olmalısınız
Xəyalınızdaki işin nə olduğunu kəşf etmək üçün hər şeydən əvvəl bacarıqlarınıza, xüsusiyyətləriniza və potensiyalınıza bələd olmalısınız. Bunları özünüz üçün müəyyən etdikdən sonra, CV hazırlaya bilərsiniz. Bəs, CV hazırladıqdan sonra doğru insanlarla necə əlaqə qura bilərsiniz? Kariyera bələdçisi olan Katie Dardenin hazırladığı 4 addım sizi doğru insanlarla tanış edə bilər.
???? Bir işdən nələr gözlədiyiniz məsələsində diqqətli olun. Bu təkcə maaş və iş haqqında deyil, eyni zamanda şirkətin çalışma kriteriyalarına, çevrəsinə, şirkətə xas olan keyfiyyətlərə nə qədər yaxın olub-olmadığınızla əlaqədardır.

???? Siz artıq özünüzü tanıyırsınız. Özünüzə uyğun, sizin prinsiplərinizə cavab verən şirkətləri araşdırın. Burada xüsusi bir məqam ondan ibarətdir ki, bu araşdırmanı həmin şirkətlərdə çalışan insanlarla əlaqə quraraq edin. Onlardan əldə edəcəyiniz məlumatlar spesifikdir.

???? 2-3 şirkət seçdikdən sonra, o şirkətlərlə əlaqə yaradın. İş elanları saytlarını izləyib, sizin çalışmaq istədiyiniz pozisiyalara olan tələbləri öyrənin.

???? Çevrənizi genişləndirin. Hətta, hal-hazırda bir işiniz olsa belə, yeni əlaqələr qurmağa davam edin. Könüllü işlərə qatılın. İnanın ki, çox istədiyiniz iş üçün sizə təklif gələndə buna hətta çox təəccüblənəcəksiniz. Çünki, birindən bir iş üçün yardım almaq istəyirsinizsə, özünüz də kimlərəsə yardım etməlisiniz. Çevrənizdən heç bir zaman sui-istifadə etməyin. Siz də başqalarına kömək etməkdə əlinizdən gələni edin.